EN

Atəşkəsin pozulmasına Şahbaz Şərifdən reaksiya

Münaqişə bölgəsində bəzi ərazilərdə atəşkəsin pozulması barədə məlumatlar verilir. Bu da sülh prosesinin ruhunu sarsıdır. Mən bütün tərəfləri səmimi və ciddi şəkildə təmkinli olmağa və razılaşdırıldığı kimi, ikihəftəlik atəşkəsə riayət etməyə çağırıram.

Publika.az xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif "X" hesabında bildirib.

“Bu, diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün əhəmiyyətlidir", - deyə Şərif qeyd edib.

Bundan əvvəl İranın XİN rəhbəri Seyid Abbas Əraqçi İsrailin atəşkəsi pozduğunu iddia etmişdi.

Chosen
7
3
publika.az

4Sources