Şirvanda kütləvi qida zəhərlənməsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" kafesindən sifariş verilən pizzanı yeyən 5 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanaya çatdırılan şəxslər həkim nəzarətində saxlanılır.
Hadisədən sonra aidiyyəti qurumlar dərhal araşdırmalara başlayıb. Obyekt barədə tədbirlər görülüb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.