EN

Azərbaycan regionda qarşıdurmaların deyil, dialoq və sabitliyin tərəfdarı kimi çıxış edir - Elçin Mirzəbəyli

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İranİslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutantelefon danışığı təkcə diplomatik etiket çərçivəsində həyatakeçirilmiş bir təmas deyil, həm də regionda formalaşmaqda olan yenigeosiyasi reallıqların fonunda strateji məzmun daşıyan mühüm siyasijest kimi qiymətləndirilməlidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatıElçin Mirzəbəyli deyib.

Millət vəkilinin sözlərinə görə, xüsusilə İran ilə ABŞ arasındaiki həftəlik atəşkəsin elan olunması fonunda bu zəngin baş tutmasıAzərbaycanın regional sabitliyə verdiyi önəmin, eyni zamandaqonşuluq münasibətlərində prinsipial və ardıcıl xətt yürütməkiradəsinin bariz nümunəsidir:

"Məlumdur ki, beynəlxalq münasibətlər sistemində böhran vəgərginlik dövrlərində dövlətlərin davranışı onların realniyyətlərini və strateji prioritetlərini daha aydın şəkildə ortayaqoyur. İranın mürəkkəb təhlükəsizlik çağırışları ilə üzləşdiyi birdövrdə Azərbaycanın sərgilədiyi mövqe hər zaman bəyanatlarlaməhdudlaşmayaraq konkret addımlarla müşayiət olunub. Bu baxımdanrəsmi Bakının atəşkəsin əldə olunmasını müsbət qiymətləndirərək ilktəbrik edən tərəf olması, regionda sülhün və sabitliyin təminolunmasına yönəlmiş siyasi iradənin ifadəsidir".

O bildirib ki, Azərbaycanın İran üçün ağır günlərdə dostolduğunu göstərən faktlar kifayət qədərdir və bunlar sistemlixarakter daşıyır:

"İlk növbədə qeyd olunmalıdır ki, gərginlik dövründəAzərbaycan-İran sərhədinin sabitlik və təhlükəsizlik məkanı kimi özfunksionallığını qoruyub saxlaması çox mühüm amildir. Müxtəlifdairələr tərəfindən məqsədli şəkildə formalaşdırılmağa çalışılanspekulyativ iddialara baxmayaraq, Azərbaycan ərazisinin İrana qarşıhər hansı hərbi və ya təhlükəsizlik təhdidi üçün istifadə olunmasıilə bağlı bu günədək heç bir fakt ortaya qoyulmayıb və qoyulması damümkün deyil. Əksinə, rəsmi Bakı ardıcıl şəkildə öz ərazisininüçüncü tərəflərə qarşı istifadə edilməsinə yol vermədiyini nümayişetdirib ki, bu da beynəlxalq hüququn fundamental prinsiplərinə vəqonşuluq münasibətlərinin etik çərçivəsinə tam uyğundur.

Ölkəmizin mövqeyində digər mühüm məqam isə humanitar və mənəvidəstək aspektində özünü göstərir. İranın Ali Lideri Əli Xamenei iləbağlı baş vermiş hadisə fonunda Prezident İlham Əliyevin ilkbaşsağlığı verən dövlət başçılarından biri olması və şəxsən İransəfirliyinə gedərək ehtiramını bildirməsi, münasibətlərin yalnızsiyasi deyil, həm də mənəvi-etik müstəvidə qurulduğunu göstərir. Buaddım diplomatik protokol çərçivəsini aşaraq, xalqlar arasındaqarşılıqlı hörmət və həmrəylik prinsiplərinin təzahürünəçevrilib.
Eyni zamanda, Azərbaycanın İrana iki dəfə humanitar yardımgöndərməsi də rəsmi Bakının mövqeyinin konkret əməli addımlarlatəsdiqləndiyini göstərir. Bu yardımlar təkcə humanitar jest deyil,həm də regional əməkdaşlıq və yaxın qonşuluq münasibətlərininpraktik ifadəsidir. Belə bir yanaşma, xüsusilə sanksiyalar vəxarici təzyiqlərlə üzləşən İran üçün ciddi əhəmiyyət kəsbedir".

Millət vəkili Azərbaycanın İranı atəşkəs münasibətilə təbrikedən ilk ölkə olmasına diqqət çəkib:

"Atəşkəsin elan olunmasından dərhal sonra Azərbaycanın buprosesi dəstəkləyərək İranı atəşkəs münasibətilə təbrik edən ilkölkə olması isə siyasi ardıcıllığın və qarşılıqlı münasibətlərəverilən önəmin növbəti təsdiqidir. Bu fakt bir daha göstərir ki,Azərbaycan regionda qarşıdurmaların deyil, dialoq və sabitliyintərəfdarı kimi çıxış edir və bu mövqeyini situativ deyil,prinsipial əsasda formalaşdırır.

Bütün sadalanan məqamlar Azərbaycanın İrana münasibətdəsərgilədiyi dostluq və etimad siyasətinin sistemli və düşünülmüşxarakter daşıdığını təsdiqləyir. Bu siyasət emosional yanaşmadandeyil, milli maraqların düzgün qiymətləndirilməsindən, regionalsabitliyin qorunması zərurətindən və qonşuluq münasibətlərininstrateji əhəmiyyətindən irəli gəlir.

Eyni zamanda qeyd etmək lazımdır ki, İranda müəyyən dairələrtərəfindən zaman-zaman Azərbaycana qarşı formalaşdırılmağaçalışılan mənfi imicin və “təhlükə” narrativinin bu reallıqlarfonunda davamlılıq qazanması getdikcə çətinləşir. Azərbaycanınkonkret addımlarla ortaya qoyduğu mövqe həmin iddialarınəsassızlığını açıq şəkildə nümayiş etdirir. Ümid etmək olar ki, bureallıqlar İran daxilində daha rasional yanaşmanın formalaşmasınavə Azərbaycanla münasibətlərə ideoloji deyil, praqmatik prizma iləbaxılmasına zəmin yaradacaq".

Deputat sonda bildirib ki, bütövlükdə, Prezident İlham ƏliyevinPrezident Məsud Pezeşkiana zəngi və bu çərçivədə səsləndirilənmesajlar yalnız diplomatik nəzakət nümunəsi deyil, həm dəAzərbaycanın regionda sülh, sabitlik və qarşılıqlı etimadaəsaslanan münasibətlər sisteminin qurulmasına yönəlmiş ardıcılsiyasətinin məntiqi davamıdır:

"Bu siyasət həm regional təhlükəsizlik baxımından, həm dəuzunmüddətli geosiyasi balansın qorunması nöqteyi-nəzərindən mühüməhəmiyyət kəsb edir".

Chosen
36
1
az.trend.az

2Sources