EN

Yaşı 15-dən az olanlara sosial media qadağan edilir

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 2027-ci il yanvarın 1-dən etibarən yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacağını bəyan edib.

Moderator.az-ın məlumatına görə, bu xəbəri "Ekatimerini" nəşri yayıb.

Bildirilib ki, Yunanıstan uşaq və yeniyetmələrin sosial platformalara girişini məhdudlaşdıran ilk dövlətlər sırasındadır.

Hökumət başçısının sözlərinə görə, müvafiq qanun layihəsi 2026-cı ilin yayında təsdiqlənəcək və 2027-ci ilin ilk günündən icraya yönəldiləcək:

"Bilirəm ki, yeniyetmələrin əksəriyyəti mənə qəzəblənəcək. Mən də sizin yaşda olsaydım, yəqin ki, oxşar hisslər keçirərdim, lakin bizim əsas işimiz sadəcə sevimli olmaq deyil".

Nazirlər Kabinetinin rəhbəri onu da vurğulayıb ki, rəsmi Afina Avropa İttifaqını da analoji addımlar atmağa təşviq edəcək.

MÉ™lumat üçün bildirÉ™k ki, oxÅŸar layihÉ™ cari ilin yanvarında Fransa Milli Assambleyası tÉ™rÉ™findÉ™n dÉ™ bÉ™yÉ™nilib. HÉ™mçinin 2024-cü ilin noyabrında Avstraliya 16 yaÅŸdan kiçik istifadəçilÉ™rin sosial ÅŸÉ™bÉ™kÉ™lÉ™rÉ™ giriÅŸini qadaÄŸan edÉ™n vÉ™ yaÅŸ mÉ™hdudiyyÉ™ti tÉ™tbiq edÉ™n qanun qÉ™bul edib.

Chosen
29
2
moderator.az

3Sources