Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycan Televiziyasının "Sabah”, "Telefilm” və "Kino” studiyaları birləşdiriləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya AzTV-nin Mətbuat xidmətindən bildirilib.
"QSC daxilində film istehsal edən 3 komanda var – "Sabah”, "Telefilm” və "Kino” studiyası. Hazırda QSC-nin strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı "Telefilm” adı altında birləşəcək” deyə, məlumatda qeyd olunub.
Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən "Sabah” studiyasının bağlanması ilə bağlı məlumat paylaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.