ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sloveniyanın "Maribor" klubunun gözlənilən uğur qazana bilməməsindən sonra klubun sahibi Acun Ilıcalının gələcəklə bağlı vacib bir qərar verdiyi iddia edilir.
Turkustan.az xəbər verir ki, "Nogomania"nın məlumatına görə, Ilıcalı klubu satışa çıxarmağa hazırlaşır.
Xəbərdə Acun Ilıcalının Mariboru təxminən 9 milyon avroya satmağa hazır olduğu iddia edilmişdi. Klubun rəsmi olaraq satışa çıxarılmadığı, lakin uyğun təkliflərə açıq olduğu bildirilmişdi.İki il əvvəl alınan Maribora qoyulan investisiyalara baxmayaraq, meydanda istənilən nəticələrin əldə edilməməsi diqqətəlayiq idi. Kubokların olmaması və bu mövsüm çempionluğu qazana bilməmək bu qərara təsir edən amillər idi.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.