Almaniyalı sabiq futbolçu Ditmar Hamann hazırda “Qalatasaray”ın formasını geyinən Viktor Osimhen haqqında yüksək fikirlər səsləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nigeriyalı forvardın Avropanın ən güclü mərkəz hücumçularından biri olduğunu vurğulayıb:
“Düşünürəm ki, Osimhen Avropanın ən yaxşı beş mərkəz hücumçusundan biridir.
Onun Türkiyəyə getməsinə inana bilmədim. Məni təəccübləndirdi ki, İngiltərə klublarından heç biri onu transfer etmədi”.
Hamannın sözlərinə görə, Osimhen Premyer Liqanın bir çox komandası üçün ideal seçim ola bilər:
“Onun sürəti, gücü və qol vurmaq bacarığı var. O, qeyri-adi futbolçudur və məncə, məhz onun sayəsində “Qalatasaray” çempionatda uğurlu çıxış edir.
Premyer Liqada oynasa, bir çox komandaya ciddi güc qatardı”.
Keçmiş yarımmüdafiəçi əlavə edib ki, Osimhen “Nyukasl” üçün əla variant ola bilər. Onun fikrincə, klub Nik Voltemade ilə yollarını ayıracağı təqdirdə, nigeriyalı hücumçu “sağsağanlar”a mükəmməl uyğunlaşar.