Beynəlxalq Valyuta Fondu (BVF) qlobal təhlükəsizlik və iqtisadiyyatla bağlı həyəcan təbili çalan hesabat yayımlayıb.
“Yeni Sabah” xəbər verir ki, BVF-nin son təhlillərinə görə, dünyada geosiyasi gərginlik kritik həddə çatıb. Hesabatda qeyd olunur ki, hazırda planetdə baş verən münaqişələrin sayı İkinci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə qalxıb.
BVF-nin ekspertləri bildirir ki, artan gərginlik fonunda ölkələr iqtisadi resurslarını sosial layihələrdən daha çox hərbi sahəyə yönəltməyə başlayıblar. Statistik məlumatlara əsasən:
2020-2024-cü illər ərzində dünya ölkələrinin yarısından çoxu müdafiə xərclərini kəskin şəkildə artırıb;
Hərbi büdcələrin böyüməsi qlobal iqtisadi artım tempinə mənfi təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.
Nazim Hacıyev
Telegram kanalımız