EN

Safari parkında QORXULU ŞOU: Od rəqsi edən qadın YANDI – VİDEO

Çində safari parkında “od rəqsi” ifa edən qadın yanıb

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Çinin safari parklarından birində təşkil olunan şou zamanı dəhşətli anlar yaşanıb. “Od rəqsi” ifa edən rəqqasənin geyimi anidən alışıb.

Alov sürətlə onun saçlarına və bədəninə keçib.

Rəqqasə dərhal suya tərəf qaçdığı üçün ciddi yanıq xəsarətləri almaqdan xilas olub.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən qadın müayinə edildikdən sonra evə buraxılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
33
interpress.az

1Sources