EN

AƏSMA-da görüş keçirildi - FOTOLAR

07 aprel 2026-cı il tarixində Əmək və Sosial Münasibətlər Akademiyasında “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” ilə Akademiya arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə hər iki qurumun rəhbər şəxsləri iştirak edərək mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Görüş zamanı Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev çıxış edərək, Akademiya ilə Observatoriya arasında formalaşmış əməkdaşlığı yüksək qiymətləndirib. O, bu əməkdaşlığın xüsusilə tədqiqat və tədris sahələrinin inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Fərid Babayev qeyd edib ki, bu istiqamətdə fəaliyyətlərin daha sistemli, davamlı və geniş miqyasda aparılması zəruridir. Görüşdə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli çıxış edərək, qarşılıqlı əməkdaşlığın və birgə fəaliyyət planının əhəmiyyətini vurğulayıb.

O, əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini qeyd edərək bildirib ki, hər iki qurumun əsas fəaliyyət istiqamətləri birbaşa əmək və sosial münasibətlər sahəsi ilə bağlıdır. Elnur Səfərli, həmçinin “Peşəkar karyera layihəsi” çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində TOT (Training of Trainers) modelinə əsaslanaraq tələbələr üçün təlimlərin təşkili ilə yanaşı, təlimçilərin hazırlanması da həyata keçiriləcək. Bununla yanaşı, düzgün və etibarlı elmi tədqiqatların aparılması məqsədilə təlimçilər və tədqiqatçılarla sistemli işlərin görülməsi nəzərdə tutulur. Bildirilib ki, “Peşəkar karyera layihəsi” çərçivəsində təşkil olunacaq təlimlər ənənəvi, onlayn və hibrid formatlarda keçiriləcək.

Görüş çərçivəsində tərəflər gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb, birgə layihə və tədqiqatların həyata keçirilməsi, eləcə də əlaqələrin daha da genişləndirilməsi barədə razılıq əldə ediblər. Sonda qonaqlar Akademiyada fəaliyyət göstərən “İnnovativ laboratoriya” və Təlim mərkəzi ilə tanış olublar.

Chosen
21
2
unikal.az

3Sources