EN

"Hər şey mənim istədiyim kimi getsə, qapıçının köməyinə ehtiyac qalmayacaq" - Arne Slot

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün PSJ-nin qonağı olacaq "Liverpul"un baş məşqçisi Arne Slot oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, əsas qapıçı Alisson Beker zədələnərək uzun müddətə sıradan çıxdığı üçün gürcü qolkiper Georgi Mamardaşvilinin ümidinə qalan niderlandlı mütəxəssis belə danışıb:

"Oyuna hazırıq. Hər şey mənim istədiyim kimi getsə, qapıçının köməyinə ehtiyac qalmayacaq. Bu nə dərəcədə realdır? PSJ hər oyunda qol vurur. Onlar hücum planında çox güclüdürlər.

Düzü, "Mançester Siti"yə 0:4 hesabı ilə uduzandan sonra Parisə yollanmaq xoş mənzərə deyil. Həmin qarşılaşmada hesabın heç olmasa, 2:4 və ya 1:4 olmasına çalışsam da, bu istədyim həyata keçmədi".

Toğrul

Chosen
3
1
fanat.az

2Sources