EN

Rusiya şirkətlərinə genişmiqyaslı kiberhücum olub

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada şirkətlərin təxminən 20 faizinin İT infrastrukturuna hakerlərin gizlicə sızdığı müəyyən edilib.

"Cebheinfo.az" xəbər verir ki, "İzvestiya"-ya danışan ekspertlərin fikrincə, təcavüzkarlar sistemləri sıradan çıxarmaq əvəzinə, uzun müddət fərq edilmədən arxa planda qalaraq və heç bir iş prosesinə müdaxilə etmədən kritik məlumatları toplayırlar. Bu vəziyyət həm məlumat itkisi, həm də nüfuz riski yaradır.

Bu növ fəaliyyətlər xüsusilə kiber casusluq qruplarına xasdır. Araşdırmalara görə, Rusiya şirkətlərinə yönəlmiş hücumların 37 faizi casusluq məqsədi daşıyır. Bundan əlavə, halların təxminən 20 faizində haktivist qruplar da iştirak edir.

Təcavüzkarlar ən çox domen idarəetmə sistemlərini, virtuallaşdırma infrastrukturunu və ehtiyat nüsxələmə serverlərini hədəf alırlar. Bu sistemlərin ələ keçirilməsi bütün İT infrastrukturu üzərində nəzarətin təmin edilməsinə imkan verir.

Şirkətlərə sızma yolları iki əsas başlıqda qruplaşdırılır. Birincisi texniki boşluqlardan istifadə edilməsi, ikincisi isə insan faktorudur. Sosial mühəndislik, fişinq e-poçtları və zəif şifrələr ən yaygın üsullar arasında yer alır.

Hakerlər izlərini gizlətmək üçün qanuni proqram təminatlarından istifadə edir, gecə saatlarında fəaliyyət göstərir və VPN yaxud proksi vasitəsilə trafiklərini gizlədirlər. Bu səbəbdən onların aşkar edilməsi çətinləşir.

Buna baxmayaraq, bəzi əlamətlər diqqət çəkir. Qeyri-adi girişlər, fərqli ölkələrdən qoşulmalar, sistemin ləngiməsi, yüksək məlumat çıxışı və antivirusun sıradan çıxarılması ehtimal olunan hücumdan xəbər verə bilər.

Ekspertlər şirkətlərin daimi monitorinq sistemləri qurmalı və kiber təhdid ovu üsullarını tətbiq etməli olduqlarını vurğulayırlar. Əks halda, təcavüzkarlar sistem daxilində dərinləşərək ciddi zərər vura bilərlər.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
cebheinfo.az

2Sources