EN

Güzgüdəki dəyər: Bədən imici uşaqlara necə təsir edir?

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məktəb yaşı uşağın özünü tanıdığı, kimliyini formalaşdırdığı ən həssas dövrlərdən biridir. 

Bu dövrdə uşaqlar həmyaşıdları ilə özlərini müqayisə etməyə başlayır, sosial mediada gördükləri obrazlarla “oynayır” və beləliklə onlarda zaman-zaman bədənləri haqqında yeni fikirlər formalaşır. 

Bədən imici – insanın öz xarici görünüşünü necə qəbul etməsidir. Əgər uşaq öz görünüşünü daim tənqid edir, başqaları ilə müqayisə edir və özünü “kifayət qədər yaxşı deyil” kimi hiss edirsə, bu, özünə inamın azalmasına səbəb ola bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirib ki aşağı özünə inam məktəb həyatına da təsir edir: 

dərsdə aktivliyin azalması; sosial mühitdən uzaqlaşma; həddindən artıq utanma və ya aqressiv davranış; qidalanma vərdişlərində dəyişiklik və s.

Xüsusilə yeniyetməlik dövründə bədəndə baş verən təbii dəyişikliklər şagirdlərdə narahatlıq yarada bilər. Bu mərhələdə valideyn və müəllim dəstəyi çox önəmlidir. 

Uşağa onun dəyərinin yalnız görünüşlə ölçülmədiyini anlatmaq, bacarıqlarını və fərdi xüsusiyyətlərini vurğulamaq özünə inamın formalaşmasına kömək edir.

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
1
cebheinfo.az

2Sources