ain.az, Axsham.az portalına istinadən məlumat verir.
"71 yaşım var, toylara gedirəm. Toyda canlı oxuyuram, hərdən fonoqram da oxuduğum olur. Səsimi qoruyuram. Mən də dondurma, acı nəsə yemək istəyirəm. Amma qoruyuram səsimi. Narkozun da səsə ziyanı var. Bir də əsəb və yuxu müğənni üçün əsasdır. Mən də nə yatıram, nə də əsəbim yerindədir".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Qonaqcanlı" verilişində deyib. Müğənni səsini qorumasından bəhs edib. O bildirib ki, səsinə görə bir çox qidadan imtina edib.
Proqrama fərqli geyimdə qatılan R.Allahverdiyeva qırmızı duvağı və qısa donu ilə də diqqət çəkib.
"Modelyer olsaydım, dünyaşöhrətli olardım. Hər üsulda nəsə etməyə bacarığım var. Elə bilməsinlər ancaq bu formada geyinirəmsə, bunu hazırlayıram" deyə, müğənni əlavə edib.
Посмотреть эту публикацию в Instagram
Публикация от Axşam.az (@axsamaz)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.