"Lamborghini Super Trofeo" seriyasının amerikalı pilotu Lindsi Brüer Mayamidə istirahətdən paylaşdığı görüntülərlə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, qadın sürücü sosial şəbəkə hesabında istirahət obrazını nümayiş etdirib. O, bədən quruluşunu vurğulayan mavi bikini və saman papaqda görüntülənib.
Hazırda "47motorsports" komandasında çıxış edən Brüer sosial şəbəkələrdə kifayət qədər aktivdir. O, burada həm işi, həm də şəxsi həyatı ilə bağlı anlarını izləyiciləri ilə bölüşür.
Pilotun müxtəlif platformalarda ümumi auditoriyası təxminən 3,5 milyon nəfərdir. Lindsi özü bildirir ki, populyarlığından insanları ruhlandırmaq və avtomobil idmanını tanıtmaq üçün istifadə etməyə çalışır.
Eyni zamanda o etiraf edir ki, məşhurluğun mənfi tərəfləri də var. Bəzən tənqidlərlə üzləşir, lakin buna baxmayaraq peşəkar idmana sadiq qaldığını vurğulayır.