EN

Trampın intiqam planı: İrana silah satan ölkə belə cəzalandırılacaq

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranın hərbi arsenalının güclənməsinə şərait yaradan dövlətlərə qarşı sərt iqtisadi sanksiyalar elan edib. Ağ Ev rəhbəri İrana silah satan hər bir ölkəyə dərhal qüvvəyə minmək şərtilə 50 faiz gömrük rüsumu tətbiq olunacağını bildirib. Tramp bu qərarda heç bir istisna və ya güzəştin olmayacağını xüsusi vurğulayıb.Digər tərəfdən Vaşinqton və Tehran arasında 15 maddədən ibarət atəşkəs şərtləri üzrə danışıqlar davam edir. ABŞ lideri tərəflərin əksər bəndlər üzrə artıq razılığa gəldiyini qeyd edib. Hazırda əsas müzakirələr tətbiq edilən gömrük rüsumları və iqtisadi sanksiyaların yumşaldılması ətrafında aparılır.Bu proseslər İsraildə ciddi narazılıqla qarşılanıb. Müxalifət deputatı Meirav Ben-Ari hökuməti sərt tənqid edərək Benyamin Netanyahu kabinetinin Trampın siyasətindən asılı vəziyyətə düşdüyünü iddia edib. O, İsrail rəhbərliyini vətəndaşlara məlumat verməməkdə və ABŞ-nin diktəsi ilə hərəkət etməkdə ittiham edib. Siyasətçi Qəzza zolağında olduğu kimi bu keçici atəşkəsin də daimi xarakter ala biləcəyindən narahatlığını ifadə edib.İslam

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
demokrat.az

1Sources