EN

Sürüşmə baş verən yolda durum necədir? AÇIQLAMA

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ilə 20-ci Sahə arasında yerləşən yolda hərəkət qismən bərpa edilib.

Bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılmışdı və hazırda tam bağlanma yoxdur:

“Həmin yolda avtomobillərin hərəkəti tam yox, qismən bərpa edilib. Elə əvvəldən də yol tamamilə bağlanmamışdı, qismən məhdudlaşdırma vardı. Hazırdada geoloji kəşfiyyat işləri aparılır, aidiyyatı qurumlar tərəfindən ərazi öyrənilir, monitorinq edilir, nəzarətdə saxlanılır, həmçinin bizim tərəfimizdəndə müəyyən orda bərpa işləri həyata keçirilir”. 

Qeyd edək ki, yağan intensiv yağışlar səbəbindən Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsi 20-ci sahə istiqamətində yerləşən avtomobil yolunun keçdiyi ərazidə yamacın yuxarı hissəsində mümkün torpaq sürüşməsi təhlükəsi yaranıb. Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət olunub. Müraciət nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti bağlanması barədə qərar qəbul edilib. 

Aytəkin Əliyeva


Telegram kanalımız
Chosen
24
2
yenisabah.az

3Sources