EN

Yevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olub - VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsü qəza törədib.

AzNews.az xəbər verir ki, Yevlax rayon sakini Elçin Şakir oğlu Heydərov 77-GO-630 dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobilin idarəetməsini itirib və yolu keçən rayon sakini 2017-ci il təvəllüdlü R.Abbasovu vurub.

R.Abbasovun atası Asim Abbasov Oxu.Az-a bildirib ki, hadisə nəticəsində azyaşlı aldığı xəsarətlərdən komatoz vəziyyətə düşüb:

"Hadisə ötən il oktyabrın 10-da baş verib. Videogörüntülərdən də hadisənin sürücünün qayda pozuntusu törətməsi nəticəsində baş verdiyi görünür. Qəzanın görüntüləri mövcuddur. Hadisədən 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, istintaqın gedişi məni ciddi narahat edir. Faktla bağlı cinayət işi başlanılmayıb".

A.Abbasov bildirir ki, oğlu hazırda iflic vəziyyətdədir:

"Hazırda övladım birtərəfli iflic vəziyyətindədir, uzunmüddətli müalicə və reabilitasiya tələb edir. Maddi və mənəvi vəziyyətimiz çox ağırdır.

Hadisəni törədən Elçin Heydərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisinin sürücüsüdür. Övladımın müalicəsinə görə 15 min manat borcum yaranıb, amma buna baxmayaraq, övladımın vəziyyəti ağır olaraq qalır".

Chosen
6
9
aznews.az

10Sources