EN

Bakı və Tbilisi transformasiya şəraitində yeni imkanlar əldə edir ŞƏRH

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 8 aprel, AZƏRTAC

Cənubi Qafqazın beynəlxalq logistika və ticarətdəki rolu qlobal geosiyasi dəyişikliklər fonunda güclənir və bu, Orta Dəhlizin əhəmiyyətini artırır.

Gürcüstanlı iqtisadçı Vaxtanq Çaraya bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında qeyd edib.

Onun sözlərinə görə, bu marşrutun mərkəzində yerləşən Azərbaycan və Gürcüstan qlobal təchizat zəncirlərinin transformasiyası fonunda yeni imkanlar əldə edir.

Ekspert qeyd edib ki, müxtəlif bölgələrdə hərbi münaqişələr də daxil olmaqla, mövcud beynəlxalq vəziyyət alternativ və sabit nəqliyyat marşrutlarına marağı artırır.

Çaraya vurğulayıb ki, iki ölkə arasında effektiv koordinasiya təkcə iqtisadi fayda əldə etməyə imkan vermir, həm də daha geniş beynəlxalq layihələrin inkişafına kömək edir. O hesab edir ki, Orta Dəhliz Avropa və Asiya arasında iqtisadi əlaqəni təmin etmək üçün əsas vasitəyə çevrilir.

Müəllif – Tamilla Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
azertag.az

2Sources