Bakı. Trend:
Aprelin 9-da Azərbaycanın əksər rayonlarında havanın arabiryağıntılı olacağı gözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətliintensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıqərazilərdə qar yağacağı ehtimalı var.