İranın xarici işlər naziri Abbas Araqçi hücumlar dayandırılacağı təqdirdə təhlükəsiz keçidin təmin olunacağını desə də, prosesin texniki detalları hələ də qeyri-müəyyəndir. Ekspertlər bildirirlər ki, Körfəzdə 1000-dən çox gəminin yığılması vəziyyətin tezliklə normallaşmasını çətinləşdirir. Hətta normal şəraitdə belə bu sıxlığın aradan qaldırılması həftələr çəkə bilər. Böyük gəmi sahibləri atəşkəsin davamlı olacağına əmin olmadan risk etmək istəmirlər.
Maersk şirkəti də bildirib ki, atəşkəs müəyyən imkanlar yaratsa da, hələlik tam təhlükəsiz mühit formalaşmayıb.
Qeyd edək ki, dünya neft və mayeləşdirilmiş qaz tədarükünün təxminən 20 faizi bu boğazdan keçir. Buna görə də yaranmış vəziyyət qlobal enerji bazarına və qiymətlərə ciddi təsir göstərməkdə davam edir.