EN

Çaykənd Qızılbalıqartırma zavodu yenidən qurulacaq

Göygöl rayonunda Çaykənd Qızılbalıqartırma zavodu yenidən qurulacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, bunun üçün layihə-smeta sənədlərinin hazırlanması prosesinə start verilib.

Belə ki, layihə-smeta sənədlərinin hazırlanmasına 543 min 700 manat xərclənəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, zavod ötən ilin sentyabrında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzinə verilib./Oxu.Az

Chosen
27
3
bakivaxti.az

4Sources