EN

İsrailli nazir "Eşref Rüya" aktyoruna qarşı

Türkiyənin məşhur seriallarından biri olan “Eşref Rüya”da rol alan aktyor Görkem Sevindik İsrailin qəzəbinə tuş gəlib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, buna səbəb aktyorun sosial mediada fələstinli məhbuslarla bağlı etdiyi paylaşım olub.

Sevindik paylaşımında belə yazıb:

“12 min fələstinli məhbusun edamı təsdiqlənib. Bunların 4 mini uşaqdır. Əgər insanlıq bu gün ayağa qalxmayacaqsa, nə vaxt qalxacaq? Xahiş edirəm susmayın, paylaşın. Bu edamlara qarşı çıxın…”

Bu sözlər qısa müddətdə geniş rezonans doğurub və xüsusilə İsraildə ciddi narazılıqla qarşılanıb. İsrailin Təhlükəsizlik naziri Itamar Ben-Gvir bununla bağlı videomüraciət yayıb və birbaşa aktyora səslənərək sərt mesaj verib:


Türk

“‘Eşref Rüya"dakı Kadir. Sən heç vaxt Kadir baba ola bilməyəcəksən! Biz İsraildə yaşayırıq. Sən türk serialında oynayırsan. Terrorçular üçün edam cəzası artıq qüvvədədir”.

Bunun ardından İsrail siyasətini dəstəkləyən çoxsaylı sosial media istifadəçiləri aktyora qarşı təhdid xarakterli mesajlar paylaşmağa başlayıb, hətta seriala qarşı boykot çağırışları da səsləndirilib. Digər tərəfdən, Türkiyə rəqəmsal media istifadəçiləri bu mübahisədə Görkem Sevindikə açıq dəstək verərək onun mövqeyini müdafiə ediblər.

Məsələ ilə bağlı CNN Türk-ə danışan aktyor isə paylaşımının arxasında dayandığını bildirib:

“Sosial mediada gəzərkən bir videoya rast gəldim. Edam qərarı verilmiş bəzi insanların avtobusa mindirildiyini gördüm. Onların son dəfə uşaqlarına baxışlarını, sarılışlarını izlədim. Vicdan sahibi bir insan, bir ata olaraq səssiz qala bilmədim. Belə bir zülmə qarşıyam. Sadəcə öz reaksiyamı vermək istədim”.

Xalidə Gəray
Musavat.com

Chosen
32
musavat.com

1Sources