EN

"Tramp qarşısına qoyduğu məqsədlərə nail ola bilmədi" - Politoloq

"Amerika Birləşmiş Ştatları, İran və İsrail iki həftəlik atəşkəsə razılaşıb. Qərara alınıb ki, sülh danışıqları başlasın. İlk dəfə bu danışıqlar İranın təqdim etdiyi şərtlər əsasında keçiriləcək. Bildirilir ki, İran 10 şərt irəli sürüb və Prezident Donald Tramp bu şərtlərin müzakirə üçün məqbul olduğunu deyir. Hərçənd, bu şərtlər yeni deyil, İran bunları dəfələrlə irəli sürüb və Amerika Birləşmiş Ştatları bu şərtləri qətiyyən müzakirə etməyəcəyini bəyan edib".

Bu fikirləri ABŞ-İran arasında atəşkəs razılaşması haqqında Redaktor.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov dedi. Onun sözlərinə görə, atəşkəs yəqin ki, elə iki həftə davam edəcək, çünki hər iki tərəfin fasiləyə ehtiyacı var:

"Ancaq sülh razılaşmasına gəlmək mümkün olacaqmı? Çox güman ki, yox. Çünki İranın şərtləri Amerika tərəfindən qəbul olunarsa, bu həm dövlət kimi, superdövlət kimi onun nüfuzuna, həm də Trampın nüfuzuna çox mənfi təsir göstərəcək. Seçkilərin yaxınlaşdığı bir dövrdə bu, təbii ki, Tramp üçün, Respublikaçılar Partiyası üçün son dərəcə arzuolunmazdır. Ancaq çıxış yolu da yoxdur, çünki Tramp istədiyi, qarşısına qoyduğu məqsədlərə nail ola bilmədi. İran geri çəkilmədi və son nəticədə ilk yorulan Amerika Birləşmiş Ştatları oldu. Ancaq sülh ehtimalı, yenə də deyirəm, çox azdır. Çox güman ki, tərəflər vaxt qazanmaq üçün danışıqları uzun müddət davam etdirəcəklər və bir-birini məğlub etmək üçün yeni yollar axtaracaqlar".

NURİYYƏ

Chosen
31
1
redaktor.az

2Sources