EN

İsrail parlamentinin deputatı: Tramp, sən ördəksən...

İsrail parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbərinin paylaşımı qısa müddət sonra silinib...

Poliqon xəbər verir ki, İsrail parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Tsivika Foqel ABŞ prezidenti Donald Trampın ünvanına sərt ifadə işlədib.

Məlumata görə, Foqel X-də İranla iki həftəlik atəşkəs razılaşması xəbərlərindən sonra paylaşım edərək Trampa qarşı təhqiramiz ifadə istifadə edib.

İsrail mediasının yazdığına əsasən, paylaşımda “Tramp, sən ördəksən” ifadəsi yer alıb.

Qeyd olunur ki, bu paylaşım daha sonra izsiz şəkildə silinib və məsələ ilə bağlı rəsmi izahat verilməyib.

Analitiklər hesab edirlər ki, bu cür açıqlamalar ABŞ və İsrail arasında mövcud olan fikir ayrılıqlarının açıq şəkildə ifadə olunması kimi qiymətləndirilə bilər.

Poliqon.info

Chosen
4
poliqon.info

1Sources