EN

MKİ-nin keçmiş əməkdaşı: Müharibənin nəticəsində İran üstün mövqeyə çıxdı...

Ned Prays Vaşinqtonun böyük resurslar sərf etdiyini, lakin strateji üstünlüyün Tehranın xeyrinə dəyişdiyini bildirib...

Poliqon xəbər verir ki, ABŞ Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ned Prays Yaxın Şərqdəki müharibənin nəticələri ilə bağlı tənqidi açıqlama verib.

O, sosial şəbəkədə paylaşımında qeyd edib ki, mövcud vəziyyət göstərir ki, müharibə sona yaxınlaşır və İran strateji baxımdan daha əlverişli mövqeyə keçib.

Praysın sözlərinə görə, İranın Hörmüz boğazına nəzarəti və ABŞ tərəfindən İran neftinə tətbiq olunan sanksiyaların aradan qaldırılması bu tendensiyanın əsas göstəriciləridir.

“Əgər bu yeni reallıqdırsa, biz böyük resurslar – insan həyatları, maliyyə vəsaitləri və nüfuzumuzu yalnız ona görə sərf etmişik ki, İran rejimi əsas istiqamətlər üzrə daha üstün mövqeyə çıxsın”, deyə o vurğulayıb.

Eks-rəsmisi bildirib ki, bu nəticə ABŞ-nin strateji planlaşdırmasında ciddi suallar yaradır və regiondakı güc balansının dəyişdiyini göstərir.

Analitiklər hesab edirlər ki, bu cür açıqlamalar ABŞ daxilində müharibənin nəticələri ilə bağlı narazılığın artdığını və siyasi müzakirələrin dərinləşdiyini göstərir.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources