EN

Nəsimi rayonunda avtosalon məhəllə yolunu ZƏBT EDİB: Qəza riski artır VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakının Nəsimi rayonunda yerləşən avtosalon sakinlərin həyətlərinə gedən yolda ciddi maneə yaradıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, Hüseyn Seyidzadə və Rəşid Məmmədov küçələrinin kəsişməsində, məhəllənin girişində tikilmiş çoxmərtəbəli binanın altında fəaliyyət göstərən avtosalon ərazini, demək olar ki, tamamilə zəbt edib.

Sakinlərin sözlərinə görə, satışa çıxarılan avtomobillər məhəlləyə giriş-çıxışı ciddi şəkildə məhdudlaşdırıblar.

"Bura binaların həyətlərinə giriş və çıxış üçün nəzərdə tutulan dar, ikizolaqlı yoldur. Binanın altında avtosalon açılandan sonra o yoldan keçmək ciddi problem yaradır. Belə ki, satışda olan maşınlar yolun giriş hissəsində sağ zolaqda saxlanılır, əlavə olaraq salon əməkdaşlarının və müştərilərin avtomobilləri də ikinci zolaqda park edilir. Nəticədə, hərəkət üçün yalnız dar və təhlükəli bir zolaq qalır ki, bu da nəqliyyatın hərəkətini çətinləşdirir. Həyətdən əsas yola çıxış zamanı görünüş sahəsinin məhdud olması qəza riskini artırır, çünki sürücülərin baş yolla hərəkət edən avtomobilləri vaxtında görməsi mümkün deyil", - deyə şikayətdə vurğulanıb.

Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, artıq ərazidə müvafiq tədbirlər görülüb.

"Sözügedən şikayətlə bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən Nəsimi rayonu Rəşid Məmmədov küçəsində həyata keçirilən tədbirlər nəticəsində yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə, eyni zamanda, sıxlığın yaranmasına səbəb olan nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb", - deyə T.Nəsirli bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
28
avtosfer.az

1Sources