EN

Serbiya ilə potensial layihələr barədə müzakirələr aparılıb

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Serbiya Respublikasının mədən və energetika naziri xanım Dubravka Djedoviç ilə görüşdə ölkələrimizin strateji tərəfdaşlığını və iqtisadi münasibətlərin inkişaf dinamikasını qeyd etdik.

Enerji, yaşıl texnologiyalar, infrastruktur, sənaye və investisiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, SOCAR ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və potensial layihələr barədə müzakirələr apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
10
1
vergiler.az

2Sources