EN

Metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının layihəsi 3 aya hazırlanacaq

Bakı. Trend:

“Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən(metal filizləri) və metallurgiya sənayesinin inkişafına dairDövlət Proqramı”nın layihəsi 3 ay müddətində hazırlanacaq.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncamimzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Ekologiya və TəbiiSərvətlər Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiyaHoldinqi, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və icra prosesindəmüəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqişəxsləri) ilə razılaşdırmaqla “Azərbaycan Respublikasında2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiyasənayesinin inkişafına dair Dövlət Proqramı”nın layihəsini 3 aymüddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) vəmetallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı birsıra tədbirlər haqqında” Azərbaycan Respublikası PrezidentininSərəncamına əsasən, Nazirlər Kabineti Dövlət Proqramında“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün“xammal−emal−son məhsul” dəyər zənciri üzrə artırılması və ixracimkanlarının genişləndirilməsi məqsədilə aşağıdakı tədbirlərinnəzərdə tutulmasını təmin etməlidir:

  • elektroliz zavodu layihəsinin tamamlanması və 2030-cu ilədəkillik istehsal gücünün 100 min tona çatdırılması, alüminium yaymaməhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cuilədək illik istehsal gücünün 50 min tona çatdırılması;
  • Azərbaycan İnvestisiya Holdinqi tərəfindən hazırlanantexniki-iqtisadi əsaslandırmaya uyğun olaraq maliyyələşdirməmənbələrinin müəyyən olunmasını və aidiyyəti dövlət orqanları(qurumları) ilə birlikdə kalsinasiya və anodbişirmə zavodununtikintisinin həyata keçirilməsi

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilərazılaşdırmaqla, Azərbaycan İnvestisiya Holdinqi tərəfindənhazırlanmış texniki iqtisadi əsaslandırmalara uyğun olaraqyuxarıdakı birinci abzasda nəzərdə tutulan layihələrin dövlətbüdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi və yuxarıdakıikinci abzasda nəzərdə tutulan layihənin maliyyələşdirmə mənbələrivə həyata keçirilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinətəqdim etməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Azərbaycan İnvestisiyaHoldinqi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesindəmüəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqişəxsləri) ilə razılaşdırmaqla metallurgiya məhsullarının rəqabətqabiliyyətinin artırılması məqsədilə enerji və nəqliyyattariflərinin təkmilləşdirilməsi, zərurət olduğu təqdirdə əlavətorpaq sahəsinin ayrılması və elektrik enerjisinə tələbatınödənilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdimetməlidir.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan İnvestisiyaHoldinqi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlətorqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin kreditorborclarının, habelə dövlət təşkilatlarına olan və ödənilməsinə 25il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrəöhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarınınsilinməsi və Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitamverilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdimetməlidir.

Bu Sərəncam aprelin 7-dən qüvvəyə minib.

Chosen
42
az.trend.az

1Sources