EN

“ABŞ, İranla birgə əməkdaşlıqda maraqlıdır”

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

“Amerika ilə İran arasında əldə olunan atəşkəs razılaşması iki həftəlikdir. İslamabadda danışıqlar da başlayacaq və bu, uzunmüddətli razılaşmaya əsaslanır”.

Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Donald Tramp da müsbət mesajlar verir və İranla birgə işləməyi konkret olaraq qəbul edib.

Amerikanın istəyi budur ki, İranla həm Hörmüz boğazı, həmçinin İran nefti ilə bağlı birgə əməkdaşlıq edilsin. Düşünürəm ki, danışıqlar prosesi çox çətin olacaq və tərəflərin ortaq məxrəcə gəlməsində müəyyən problemlər yarana bilər. İsrail də çalışacaq ki, danışıqlar prosesini pozsun.

Belə bir təhlükə mövcuddur, amma ümumi götürüldükdə Avropa ölkələri də razılaşmanın əldə olunması üçün çalışır. Çin də müəyyən razılaşmaların əldə olunmasında maraqlıdır.

Beləliklə, artıq dünya dövlətləri bu müstəvidə həm İranın, həm də Amerikanın razılığa gəlməsini istəyir. İsrailin sabotajistik mövqeyinin qarşısı alına bilər. Ümumilikdə isə ABŞ, İranla razılığa gəlmiş və gələcək layihələrdə birgə əməkdaşlıqda maraqlıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
icma.az

1Sources