EN

Hakan Fidan və Əraqçi ABŞ-la İran arasında elan edilən atəşkəsi müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, telefon danışığı zamanı ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs müzakirə olunub.

Hakan Fidan Türkiyənin müvəqqəti atəşkəsdən məmnunluğunu ifadə edib və davamlı sülhün bərqərar olunması üçün səylərin davam edəcəyini vurğulayıb.

Chosen
20
4
apa.az

5Sources