EN

Vens: ABŞ İranın Hörmüzü açmağa razılıq verməsindən sonra atəşkəsə razılaşıb

ABŞ İran ətrafındakı münaqişədə atəşkəsə Tehran Hörmüz boğazını gəmiçilik üçün açmağa hazır olduğunu bildirdikdən sonra razılaşıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdə bildirib.

"Prezident (Donald Tramp - red.) faktiki olaraq İrana ultimatum verdi. O dedi ki, "Boğazı açın. Dünya iqtisadiyyatını girov saxlamağa son qoyun və biz atəşkəs barədə razılığa gələcəyik". Biz gecə məhz belə bir razılaşmaya gəldik. İranlılar boğazı açmağa razı oldular", - Vens Matyaş Korvin Kollegiyasında – Macarıstan hökumətinin dəstəyindən yararlanan elmi-təhsil müəssisəsində çıxış edərkən deyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Chosen
5
1
far.az

2Sources