EN

Nikahdankənar münasibətdə olan cütlüyə 100 şallaq CƏZASI

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İndoneziyanın Açe vilayətində nikahdan kənar münasibətə görə bir kişi və bir qadın ictimai şəkildə cəzalandırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin prokurorluq nümayəndəsi Raceş Kana açıqlamasında deyib.

Hökm aprelin 7-də şəhər parklarından birində icra olunub. Qanun pozucularının hər birinə regionda qüvvədə olan şəriət normalarına uyğun olaraq 100 şallaq zərbəsi təyin edilib.

Açe İndoneziyada islam cəza hüququnun tətbiq olunduğu yeganə vilayət olaraq qalır. Qeyd olunur ki, həmin gün ümumilikdə altı nəfər cəzalandırılıb. Digərlərinə isə qarşı cinslə fiziki təmas və spirtli içki qəbulu da daxil olmaqla müxtəlif pozuntulara görə 8-dən 29-a qədər zərbə cəzaları verilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, cəzalandırılan qadınlardan biri hökm icra edilərkən huşunu itirib və ona tibbi yardım göstərilməsi lazım olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
lent.az

1Sources