EN

Nifrət edirəm dediyi övladları ilə xəstəxanada görüşüb ağlayıb

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni İbrahim Tatlıses xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın 2.sayfa-ya istinadən məlumatına görə, ifaçı xəstəxanada küsülü olduğu övladları ilə görüşüb. O, qızı Dilandan sonra oğlu Ahmet Tatlısesi görmək istəyib. 

Ayağında elektron nəzarət vasitəsi (qolbaq) olmasına baxmayaraq, Ahmet atasını ziyarət etmək üçün xəstəxanaya gəlib. Aylar sonra baş tutan görüş zamanı ata və oğul göz yaşlarını saxlaya bilməyib.

Görüş əsnasında Ahmet Tatlısesin halı pisləşib, təzyiqi qalxıb və ona tibbi müdaxilə olunub.

Məlumata görə, Ahmetin icazə verilən 3 km-lik məsafəni aşması səbəbilə hadisə yerinə polis əməkdaşları gəlib. İbrahim Tatlıses isə onun öz istəyi ilə yanına gəldiyini bildirib.

Qeyd edək ki, Tatlısesin sözügedən övladları ilə uzun müddətdir arasında qalmaqal yaşanırdı. Müğənni son açıqlamasında "Qohumun insana etdiyini əqrəb belə etməzmiş. Məni ən yaxınlarım vurur. Biri erkəkdir, biri də dişi (red. oğlu Ahmetlə, qızı Dilanı nəzərdə tutur). Bağırır ki, "Acun mənim əmim olsaydı". Nişantaşındakı dükanı ona mən açdım, maşın aldım. Bodrumda mağaza açdı, "ata, ortağıq" dedi. Hamısını mən etdim. Nə oldu? Ortada heç nə qalmadı. Allah insanı belə övladlardan qorusun.

Danışmıram, elə bilirlər ki, haqsız tərəfəm. Erkək olan üçün Manisada 5 mənzil aldım. Onları satdı. "Ailəmdir" deyir, bəs pullarını kimə verdin? Urfadakı bacılarına o puldan verdin? 3-5 ay olar ki, satılıb, 10 milyon pul etdi. Qızlara 5 qəpik pul da vermədi. Sənət nifrət edirəm, oğlum" deyə, bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
axsam.az

2Sources