İspaniyanın Baş naziri Pedro Sançes Yaxın Şərqdə atəşkəsi müsbət qarşılasa da, eyni zamanda regionda münaqişənin kəskinləşməsində ABŞ-nin günahına işarə edib.
Ölkə.Az-ın məlumatına görə, o bu barədə "X" sosial şəbəkəsində yazıb.
İspaniya hökumətinin başçısı qeyd edib ki, atəşkəs müsbət siqnaldır, lakin bu, Yaxın Şərqdəki müharibənin səbəb olduğu insan itkilərini, dağıntıları və xaosu yaddaşlardan silmək üçün kifayət deyil.
Sançes həmçinin ABŞ və İsrailə işarə edərək, İspaniyanın regionda bu hadisələrə rəvac verənlərə şad olmayacağını bəyan edib.
"İspaniya hökuməti dünyanı yandıranları, sadəcə əllərində vedrə ilə peyda olduqları üçün alqışlamayacaq. İndi növbə diplomatiyanın, beynəlxalq hüququn və sülhündür", – deyə Baş nazir yazıb.