
İranın “Mehr” agentliyi İranın ABŞ və İsrail ilə atəşkəs üçün 10 maddəlik təklifini dərc edib.
Yeniavaz.com xəbər verir ki, 10 maddəlik təklifə aşağıdakılar daxildir:
- İrana qarşı təcavüzdən imtina etmək;
- Hörmüz boğazı üzərində İranın nəzarətini qorumaq;
- Uranın zənginləşdirmənin qəbul edilməsi;
- Bütün əsas sanksiyaların ləğv edilməsi;
- Bütün ikinci dərəcəli sanksiyaların ləğv edilməsi;
- BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin ləğv edilməsi;
- Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün qətnamələrinin ləğv edilməsi;
- İrana kompensasiya ödənilməsi;
- Amerika qoşunlarının bölgədən çıxarılması.