EN

Xəzərdə 5.3 maqnitudalı zəlzələ oldu - YENİLƏNİB



Xəzərdə zəlzələ qeydə alınıb.

Bu barədə aia.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.

Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

***

13:17

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.

aia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsadə olub.

Yeraltı təkanlar 35 km dərinlikdə qeydə alınıb.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.

aia.az



Chosen
10
26
aia.az

10Sources