İraq Mülki Aviasiya İdarəsi ölkənin hava məkanının və bütün hava limanlarının dərhal yenidən açıldığını elan edib.
“Cebheinfo.az” xəbər verir ki, açıqlamada deyilir:
"Vəziyyətin sabitləşməsi və normal həyata qayıtmasından sonra bu gündən etibarən İraq hava məkanının hava nəqliyyatı üçün yenidən açılması qərarı verildi.
Bu tədbirə əsasən, bütün mülki uçuşların, o cümlədən İraq hava limanlarında uçuş və enişlərin müəyyən edilmiş qayda və qanunlara uyğun olaraq bərpa olunmasına icazə verilir".
İdarəetmə orqanı hava nəqliyyatının rahat və səmərəli işləməsini təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla "aviasiya təhlükəsizliyinin ən yüksək standartlarını tətbiq etmək və davamlı əlaqələndirməni davam etdirmək öhdəliyini" bir daha təsdiqləyib.