EN

Rəşidə Rəşiddən teatrdakı qalmaqalla bağlı paylaşım

Əməkdar artist Rəşidə Rəşid (Behbudova) Akademik Opera və Balet Teatrında aktyorların etirazı ilə bağlı xəbərlərə münasibət bildirib. 

"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, R.Rəşid önəmli bir mədəniyyət ocağında bu cür narazıçılıqların olmasına görə məyusluğunu ifadə edib:

"Professor və Xalq artisti Yalçın Adıgözəlov üç ildir ki, opera teatrının heyətində işləmir. Düşünmürəm ki, onun bu qədər çirkin hay-küyə ehtiyacı var. Onu məmnuniyyətlə başqa bir xarici ölkədə dirijorluq etməyə dəvət edirlər.

Yeri gəlmişkən, bundan əvvəl, Sankt-Peterburqda məşhur professor Musin (musiqiçilər onun şöhrətini bilirlər) ilə birlikdə təhsil alan möhtəşəm musiqiçi, dirijor, peşəkar skripkaçı, Xalq artisti Fəxrəddin Kərimov işdən çıxarılmışdı! Hamı susurdu! Heç kim heç nə yazmırdı, heç nə müzakirə etmirdi. Çünki Maestro Kərimov bu zəhəri səssizcə udan ağıllı, təvazökar bir insandır. Bu adamın savadına baxmadan peşəsindən məhrum edildi. Bu, mənəvi ona təsir edirdi. Buna kimsə reaksiya verdimi? Heç kim. Məsələ burasındadır.

Amma musiqi məkanında etik qanunlar pozulduqda biz, peşəkar musiqiçilər üçün susmaq çox çətindir. Bu, qəbuledilməz bir vəziyyətdir".

Xatırladaq ki, bir neçə gündür, Akademik Opera və Balet Teatrında sənət adamları ilə teatr rəhbərliyi arasında qarşıdurma xarakterli müzakirələr gedir.

"Cebheinfo.az"

Chosen
1
2
cebheinfo.az

3Sources