Türkiyədə narkotik əməliyyatları nəticəsində saxlanılan, daha sonra isə sərbəst buraxılan müğənni Mustafa Ceceli məsələ ilə bağlı açıqlama yayıb.
"Cebheinfo.az" Axşam.az-a istinadən xəbər verir ki, ifaçı nüfuzuna xələl gətirən proseslə bağlı məhkəməyə müraciət edəcəyini bildirib:
"Ağıla, məntiqə, xəyala sığmayan bu ittihamlarla heç bir əlaqəm olmadığı üçün sərbəst buraxıldım. Bu prosesi həyata keçirən və nüfuzuma xələl gətirmək istəyənlərin kimlər olduğunu bilirəm. Bu səbəbdən onlara qarşı hüquqi proseslərə başlayacağam".
"Cebheinfo.az"