EN

"Rəqib yaxşı komanda olduğunu meydanda isbatladı" - "Arsenal"ın qapıçısı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Sportinq"i Portuqaliyada 1:0 hesabı ilə məğlub edən "Arsenal"ın qapıçısı David Rayya oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, kritik qurtarışları ilə "topçular"ın qələbəsində böyük pay sahibi olan və matçın ən yaxşı oyunçusu seçilən qolkiperin sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Həmişə komandaya maksimum kömək etmək istəyirəm. Bu gün həm mən, həm də komandam üçün yaxşı gün idi. Son dəqiqədə qol vurduq. Çox ağır oyun oldu. Hər iki kollektiv meydana futbol oynamaq, nəticə qazanmaq üçün çıxmışdı. Topu özümüzdə saxlamağa çətinlik çəkirdik. Onlar bizə problemlər yaradırdılar.

Qələbə qazanmaq və cavab oyunu ərəfəsində üstünlük əldə etmək çox önəmli idi. İkinci görüş də asan olmayacaq. 

Rəqib yaxşı komanda olduğunu meydanda isbatladı. Çox yaxşı futbol oynayırlar və heçnədən qol epizodu yaradırlar. "Sportinq" standart vəziyyətlər zamanı çox təhlükəlidir. Hər şeyə hazır olmaq lazımdır".

Tərəflərin cavab qarşılaşması aprelin 15-də keçiriləcək.

Toğrul
 

Chosen
8
1
fanat.az

2Sources