“Atəşkəs müqaviləsi sabit deyil və maddələri tam bəlli deyil. Bu barədə saxta məlumatlar yayılır. ABŞ prezidenti Donald Trump bəzi iddiaları təkzib edib. Onun açıqlamasına görə, Hörmüz boğazına nəzarətdə ABŞ də iştirak edəcək. İranın yenidən qurulmasında da ABŞ-nin iştirakı mümkündür. Bu isə ölkə daxilində yeni qüvvələrin hakimiyyətə gəldiyini göstərə bilər. Lakin hələlik qəti nəticə çıxarmaq çətindir”. Politoloq həmçinin qeyd edib ki, Orta Dəhliz məsələsi öz aktuallığını qorumağa davam edəcək:
“İstənilən halda Azərbaycanın Arazın şimalında həyata keçirdiyi quruculuq işləri, əməkdaşlıq, sülh şəraitində birgəyaşayış, nəqliyyat-kommunikasiya xətlərinin açılması və meqalayihələrin icrası davam edəcək. Orta dəhliz öz aktuallığını qoruyacaq və beynəlxalq ticarət üçün əhəmiyyətli olaraq qalacaq”. Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı verdiyi açıqlamasında, bu müharibədə qalibin olmadığını, atəşkəsin isə müvəqqəti olduğunu bildirib.
Əgər İran yenidən uranın zənginləşdirilməsinə və ballistik raket istehsalına başlasa, bu, ABŞ və İsrail üçün əldə olunan nəticələri zəiflədə bilər. Digər tərəfdən, İran ciddi iqtisadi çətinliklərlə üzləşib. İnflyasiya, sosial problemlər və müharibənin nəticələri vəziyyəti daha da ağırlaşdırıb. Xarici investisiyaların, o cümlədən Çinin dəstəyi qeyri-müəyyən olaraq qalır.
Ümumilikdə, bu atəşkəs müvəqqəti xarakter daşıyır və onun uzunmüddətli sülhə çevriləcəyi hələlik sual altındadır”.