EN

Türkoloji tədqiqatların gələcək inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq əsas prioritetdir - Anar Nağıyev

Bakı Slavyan Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilir.

“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev bildirib ki, aradan bir əsr keçməsinə baxmayaraq, Bakı hələ də türkoloji məsələlərin müzakirə olunduğu əsas elmi mərkəzlərdən biri olaraq qalır. Bu isə şəhərin elmi mühitdəki önəmini bir daha göstərir.

Rektor qeyd edib ki, müasir mərhələdə əsas məqsəd türkoloji araşdırmaları yalnız dil çərçivəsində məhdudlaşdırmamaq, eyni zamanda, mədəniyyət və ədəbiyyat kontekstində daha geniş şəkildə inkişaf etdirməkdir.

Onun sözlərinə görə, konfrans çərçivəsində son 100 ildə bu sahədə baş verən proseslər təhlil olunur və əldə edilən nəticələr müzakirəyə çıxarılır.

Həmçinin vurğulanıb ki, bu yanaşma ali təhsil müəssisələrinin qarşısında duran prioritetlərin müəyyənləşdirilməsinə də töhfə verir. Konfransın əsas məqsədi isə türkoloji tədqiqatların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək və beynəlxalq əməkdaşlığı daha da gücləndirməkdir.

Chosen
5
ikisahil.az

1Sources