Bakı.Trend:
2030-cu ilin sonuna qədər Bakı metrosunda 9 yeni stansiyanıntikintisi nəzərdə tutulur. Bu stansiyalar ilə bağlı layihələndirməprosesi artıq bitib.
Trend xəbərverir ki, bunu bu gün “Bakı Metropoliteni” QSC-nin TikintiLayihələrinin İdarəolunması departamentinin rəis müavini MəmmədRzayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu stasiyalarla bağlı 2026-cı ildə tender prosesihəyata keçiriləcək:
“Tender prosesi bitdikdən və qalib şirkət müəyyən olunduqdansonra dərhal tikinti işlərinə başlanılacaq. Qeyd edilən 9stansiyanın layihə işləri bitib.
Bu stansiyalar üçün 8 ədəd TBM adlandırılan tunel qazma maşınısifariş veriləcək. Metro şəbəkəsinin genişləndirməsi vacib şərtdir.Daha sürətlə şəbəkənin genişləndirilməsi davam edəcək”.