Yazını böyüt
Yazını kiçilt
Naxçıvan şəhər Əziz Əliyev prospektində aparılan təmir-bərpa işlərilə əlaqədar olaraq 6437 abonentin və və 300 qeyri-yaşayış obyektinin qaz təchizatı dayandırılıb.
Hafta.az xəbər verir ki, təmir-bərpa işlərinə görə 10-cu küçə, Çənlibel məhəlləsi, 36-cı məhəllə, 20-ci məhəllə, Məmməd Araz küçəsi, Xətai məhəlləsi, 48-ci məhəllə, 49-cu məhəllə, Əziz Əliyev küçəsi, Şahtaxtinski küçəsi, 9-cu məhəllə, 35-ci məhəllə, Ümid gənclər şəhərciyi, Sabir küçəsi, 11-ci məhəllə, 12-ci məhəllə, Qoçüstü məhəlləsi, “Cahan” ticarət mərkəzinin qaz təchizatı saat 12:30-dək məhdudlaşdırılıb.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilərə təbii qazın verilişi təmin ediləcək.