Misli Premyer Liqasında 26 tur geridə qalıb. Keçirilən 155 oyunda ("Neftçi" - "Qarabağ" görüşü təxirə salınıb) 15 hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Elçin Məsiyev, Kamal Umudlu, Rəvan Həmzəzadə, Fərid Hacıyev, Vüqar Həsənli və Kamranbəy Rəhimov oyun idarə edib.
Əliyar Ağayevin son üç turda baş hakim kimi təyinat almaması Fərid Hacıyevin liderliyini möhkəmləndirməsinə üstəlik, Kamal Umudlunun da önə keçməsinə şərait yaradıb. Hacıyev 26 turdan 15-də, Umudlu isə 14-də iş başında olub.
Bu turda bir futbolçuya qırmızı vərəqə göstərilib. Elçin Məsiyev "Zirə" ilə oyunda "Şamaxı"nı azlıqda qoyub. O, Dioqo Balaunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Sarı vərəqələrə gəlincə, hakimlər 19 vərəqədən istifadə ediblər ki, onun 18-nin rəngi sarı olub. Vərəqələrdən 12-i meydan sahiblərinə, cəmi 7-si isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 287 sarı (12 qırmızı) - 307 sarı (7 qırmızı).
Beləliklə, 26 turun yekununda sarı vərəqə sayı 594-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 19 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı 613-ə bərabər olub. Bu da orta hesabla hər turda 23,58, hər oyunda 3,95 vərəqə deməkdir.
İyirmi altı tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 71 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu hərəsi 57 vərəqədən (3-ü qırmızı) yararlanan Kamal Umudlu təqib edir.
Fərid Hacıyev - 15 oyun
meydan sahibi 33 sarı 1 qırmızı
qonaqlar 15 0
cəmi: 48 1
Kamal Umudlu - 14 oyun
meydan sahibi 26 3
qonaqlar 28 0
cəmi: 54 3
Əliyar Ağayev - 13 oyun
meydan sahibi 31 5
qonaqlar 34 1
cəmi: 65 6
Tural Qurbanov - 13 oyun
meydan sahibi 26 1
qonaqlar 25 0
cəmi: 51 1
Cavid Cəlilov - 13 oyun
meydan sahibi 20 1
qonaqlar 25 1
cəmi: 45 2
Rauf Cabarov - 13 oyun
meydan sahibi 21 0
qonaqlar 24 1
cəmi: 45 1
Rəşad Əhmədov - 12 oyun
meydan sahibi 19 0
qonaqlar 33 1
cəmi: 52 1
Elçin Məsiyev - 12 oyun
meydan sahibi 26 0
qonaqlar 24 2
cəmi: 50 2
İnqilab Məmmədov - 10 oyun
meydan sahibi 19 0
qonaqlar 23 0
cəmi: 42 0
Rəvan Həmzəzadə - 11 oyun
meydan sahibi 21 0
qonaqlar 22 1
cəmi: 43 1
Kamranbəy Rəhimov - 11 oyun
meydan sahibi 14 0
qonaqlar 22 0
cəmi: 36 0
Əli Əliyev - 8 oyun
meydan sahibi 13 1
qonaqlar 15 0
cəmi: 28 1
Vüqar Həsənli - 4 oyun
meydan sahibi 5 0
qonaqlar 6 0
cəmi: 11 0
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Mirağa