EN

Azərbaycanda bu universitet BAĞLANIR?

Azərbaycanın ali təhsil mühitində sensasion iddia gündəmə gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, mənbələr ölkənin tanınmış özəl universitetlərindən biri olan Xəzər Universitetinin yaxın gələcəkdə fəaliyyətini dayandıra biləcəyini iddia edirlər.

Təhsil sahəsindəki mənbələr maliyyə və idarəetmə çətinliklərini universitetin bağlanma ehtimalı kimi qiymətləndirirlər.

Bakıvaxtı.az məsələ ilə bağlı Xəzər Universitetinə müraciət edib. Ali təhsil müəssisəsindən bildirilib ki, iddialar tamamilə yalan və əsassızdır:

"Universitetimizin maliyyə və idarəetmə çətinlikləri səbəbindən bağlanma ehtimalı yoxdur. Deyilənlərin hamısı yalandır və əsassızdır".

"Cebheinfo.az"

Chosen
7
cebheinfo.az

1Sources