EN

BƏƏ hökuməti qələbə elan edib

Bakı. Trend:

ABŞ və İranla yanaşı, Yaxın Şərqdəki müharibədə qələbəsiniBirləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də bəyan edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“BƏƏ həqiqətən qarşısını almağa çalışdığımız müharibədə zəfərçalıb. Biz qəhrəmanlıqla ümumilli müdifiə sayəsində səbatgöstərdik; bu müdafiə suverenliyimizi, ləyaqətimizi vənailiyyətlərimizi xaincəsinə hücumlardan qorudu. Bu gün bizmürəkkəb regional gündəliyi idarə etmək üçün irəliləyirik, dahaböyük təsir imkanlarına, vəziyyəti daha dərindən anlamaq vəgələcəyi formalaşdırmaq qabiliyyətinə malikik. Gücümüz,dözümlülüyümüz və sarsılmazlığımız yalnız BƏƏ-nin bərpası modelinigücləndirib”,- BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş sosialşəbəkədə yazıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Chosen
20
az.trend.az

1Sources