EN

Azərbaycan və Qazaxıstanın XİN-ləri arasında təkbətək görüş

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın xarici işlər naziri Ermek Koşerbayev arasında təkbətək görüş olub.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığının əsas aspektlərini müzakirə edilib, yüksəksəviyyəli siyasi dialoqun, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinin və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində bağlılığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, regionda sülhün, sabitliyin və davamlı inkişafın təşviq edilməsində birgə səylərin əhəmiyyəti qeyd edilib.

Tərəflər ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Chosen
23
3
azertag.az

4Sources