EN

Münasibətlər möhkəm təməllərə əsaslanır ŞƏRH

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər uzun illərə söykənən dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. Hər iki ölkə regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Enerji, nəqliyyat və logistika sahələrində həyata keçirilən birgə layihələr bu əməkdaşlığın əsas sütunlarını təşkil edir. Xüsusilə tranzit və enerji dəhlizləri Azərbaycan və Gürcüstanı beynəlxalq əhəmiyyətli tərəfdaşlara çevirib.

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfər etmişdir. Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur. Daha sonra Prezident mətbuata bəyanatla çıxış edərək bir sıra mühüm məsələlərə toxunmuşdur.

Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamış, bu əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. O qeyd etmişdir ki, iki ölkə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir və bu həmrəylik əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən Prezident İlham Əliyev ölkəmizin iqtisadi sahədə böyük uğurlar əldə etdiyini vurğulamışdır. Bu fikirlə o, ölkədə aparılan islahatların, qeyri-neft sektorunun inkişafının və iqtisadi sabitliyin gücləndirilməsinin əhəmiyyətini ön plana çıxarmışdır.

Prezident İlham Əliyev həmçinin enerji sahəsində əməkdaşlığa xüsusi diqqət çəkmiş, Azərbaycanın beynəlxalq enerji bazarındakı rolunu vurğulamışdır. Gürcüstanın bu sahədə etibarlı tranzit tərəfdaş olduğunu qeyd edən dövlət başçısı birgə layihələrin region üçün strateji əhəmiyyət daşıdığını bildirmişdir.

Nəqliyyat sahəsində görülən işlərdən danışan Prezident İlham Əliyev qeyd etmişdir ki, iki ölkənin birgə həyata keçirdiyi layihələr regionu mühüm nəqliyyat qovşağına çevirir. Bu isə həm iqtisadi inkişafı sürətləndirir, həm də beynəlxalq ticarət əlaqələrini genişləndirir.

Ümumilikdə, Prezident İlham Əliyevin Gürcüstana səfəri və mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri möhkəm təməllərə əsaslanır və bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcəkdir.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
sesqazeti.az

1Sources